Yuklenilir...
Yuklenilir...
Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində 25 martdan bəri davam edən güclü yağışlar nəticəsində ən azı 50 nəfər həlak olub, 111 nəfər yaralanıb. Ölənlər arasında 26 uşaq, 17 kişi və 7 qadın var.
Fəlakət Abbottabad, Kohat, Peşəvər, Novşera, Mansehra, Bataqram, Kurram, Dera İsmail Xan, Bannu, Hanqu, Svat, Malakand, Dir, Çarsadda, Mardan, Şanqla, Buner, Yuxarı Kohistan, Aşağı Kohistan və Torqhar rayonlarını əhatə edib.
Cəmi 470 ev zərər görüb. Bunlardan 409-u qismən, 61-i isə tamamilə dağılıb. Xilasetmə əməliyyatları davam edir. Peşəvərdə 120-dən çox insan xilas edilib.
Karaçi şəhəri aprel ayının ən yüksək yağış rekordunu qeydə alıb. Ölkə üzrə yağışlarla əlaqədar ölüm sayı keçən aydan bəri 70-ə yaxınlaşır.
Meteoroloqlar 16-19 aprel tarixlərində yeni yağış dalğası gözlədiklərini açıqlayıb. Əyalətdə sel xəbərdarlığı elan edilib.
Ən vacib xəbərlərin qısa xülasəsini hər həftə e-poçtunuza alın.