Yuklenilir...
Yuklenilir...
2026 Dünya Kuboku seçmə turnirinin playoff mərhələsi bu həftə start götürür. İtaliya yığması cümə axşamı Şimali İrlandiya ilə yarımfinalda üz-üzə gələcək. Baş məşqçi Cennaro Qattuso futbolçulardan keçmiş uğursuzluqları unutmağı tələb edir.
Qattuso komandasından əvvəl mental hazırlığı ön plana çəkib: "Taktikadan əvvəl beynimizdə düzgün düşüncə olmalıdır. 2022-ci ilin faciəsini arxada qoymalıyıq."
İtaliya 2022 Dünya Kuboku seçməsində Şimali Makedoniyaya məğlub olaraq ardıcıl ikinci dəfə munda kənardan baxmışdı. Bu xatirə hələ də İtaliya futbolunda ağrılı mövzudur.
Mümkün final rəqibləri: Qalib Uels və ya Bosniya-Herseqovina ilə 31 martda final oynayacaq.
Antoine Qriezmann Orlando City SC ilə 2 illik (1 il opsion) müqavilə imzalayacağı açıqlandı. Fransa millisinin ulduz hücumçusu MLS-ə keçməklə karyerasının yeni səhifəsini açır.
Liverpool hücumçusu Federico Kyeza fiziki problemlər səbəbindən İtaliya millisinin düşərgəsini tərk edib. Bu, Qattuso üçün oyunçu seçimində əlavə problem yaradır.
Xatırladaq ki, 2026 Dünya Kuboku ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnir tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə oynanılacaq. Playoff mərhələsi sonuncu yerləri bölüşdürəcək.
Ən vacib xəbərlərin qısa xülasəsini hər həftə e-poçtunuza alın.